"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev beynəlxalq gənclər forumunda iştirak etmək üçün İslandiyaya yola düşür. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Rauf Mərdiyev ilk olaraq 25-29 Avqust tarixlərində EYTC Konfransında iştirak edəcək. Konfransın mövzusu Avropa ölkələrində gənc donorların fəaliyyətinin təşkili və Avropanın donor təşkilatları arasında yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsidir. Konfransda eyni zamanda Azərbaycan Qan Donorları Assosiasiyasının (QDA) sədri Fuad Əsgərov da iştirak edəcək. QDA "İRƏLİ" İctimai Birliyinə üzv olmaqla Azərbaycandan donorluq sahəsində 5 ildir fəaliyyət göstərən ən böyük qeyri-hökümət təşkilatdır.
Rauf Mərdiyev həmçinin 30 Avqust-4 sentyabr tarixlərində Reykyavik şəhərində keçiriləcək beynəlxalq gənclər forumunda işitrak edəcək. "Gənclər təşkilatları: struktur, infrastruktur və fəaliyyətin genişləndirilməsi" mövzusunda baş tutacaq forumda Avropanın müxtəlif ölkələrini təmsil edən 18 gənclər təşkilatının rəhbərləri iştirak edəcəklər. Forumun əsas məqsədi yeniləşən mühitdə gənclər təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərinin müzakirəsi, yeni yanaşma nəzəriyyələrinin müzakirəsi və cəmiyyətdə gənclər təşkilatlarının rolunun artırılması yollarının müzakirəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB