Paralimpiyaçılarımız Londona yola düşüb

Paralimpiyaçılarımız Londona yola düşüb

XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar bu gün Londona yola düşüblər. İdmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanından gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov yola salıb. İ.İsmayılov yolasalma mərasimində idmançılara uğurlar arzulayıb.

Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov isə deyib ki, paralimpiyaçılarımız yarışa çox ciddi hazırlaşıb: "İdmançılarımız yüksək səviyyədə hazırlıq keçiblər. Onların ölkəmizə azı 5 qızıl medal gətirəcəyinə ümid edirəm".

Qeyd edək ki, avqustun 29-da Londonda XIV Yay Paralimpiya Oyunlarına start verilir. Bu yarışlarda Azərbaycanı 6 idman növü üzrə 21 nəfər təmsil edəcək. Onlardan 5-i qadındır. 2 idmançı ağırlıqqaldırma, 8 nəfər atletika, 1 nəfər üzgüçülük, 7 nəfər cüdo, 1 nəfər kaman və 2 nəfər atıcılıq yarışlarında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə