Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi ilə görüşüb. Ə.Beygi avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdə zərərçəkmiş əhaliyə Azərbaycan Respublikası hökuməti və xalqı tərəfindən göstərilən hərtərəfli yardıma və insanların kədərinə şərik olduqlarına görə minnətdarlığını ifadə edib və bildirib ki, tarixən xalqlarımız çətin günlərdə bir-birinə dayaq olublar.
Zəlzələdə zərərçəkənlərə göstərilmiş humanitar yardımlar, Əhər, Heris və Vərziqan şəhərlərindəki dağıntıların ümumi miqyası barədə məlumat verən vali deyib ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edilir.
Baş konsul Azərbaycan Respublikasının rəhbərliyi və xalqı adından İranın şimal-qərbində baş vermiş zəlzələdə həlak olanların doğmalarına bir daha başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib.
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB