Bank işçilərindən böyük yardım!

Bu gün Mərkəzi Bankda korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində qanvermə aksiyası keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, "Qan ver həyat bəxş et!" devizi altında baş tutan aksiyada iştirak edənlər əvvəlcə tibbi müayinədən keçirilib. B.Ə.Eyvazov adına Elmi - Tədqiqat Hematalogiya və Transfuziologiya institutunun Mərkəzi Qan Bankının həkimləri aksiyada könüllü iştirak edən 100-ə yaxın Mərkəzi Bank əməkdaşından qan götürüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Mərkəzi Bank gələcəkdə də müxtəlif sosial layihələrin həyata keçirilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə