Göygöl aksiyasına start verilib FOTO

Göygöl aksiyasına start verilib FOTO

Səhiyyə Nazirliyinin göstərişi ilə təşkil olunan aksiyada məqsəd qana ehtiyacı olan insanlara lazımı köməklik göstərilməsidir. SİA-nın bölgə müxbirinin məlumatına görə, səhər saatlarından başlayaraq könüllü əhlali təbəqəsi qanvermə aksiyasında iştirak edib. Bundan əlavə həkim kontingenti və digər tibb işçiləri də sözügedən aksiyaya qoşulub. Axşam saatlarınadək qanvermə aksiyasında 200-dən artıq donor qan verib. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya fəallıqla müşayiət olunub.

Mütəxəssislərin sözlərinə görə, ötən illərdən fərqli olaraq artıq vətəndaşların düşüncələrində dəyişikliklər yaranıb. Hər bir şəxs talassemiya və hemofiliya xəstələrinə qan verilməsinin vacibliyini dərk edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə