ANAMA yeni təlimlərə başlayıb FOTO

ANAMA yeni təlimlərə başlayıb FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən yeni təlimlərə başlanılıb. Cenevrə Humanitar Minatəmizləmə Mərkəzininin rəsmiləri ilə birgə təşkil olunan təlimlər "İnformasiya və İdarəetmə üzrə Beynalxalq Təlim" adlanır. SİA-nın bölgə müxbirinin məlumatına görə, qurumun Göygöl Regional Bazasında keçirilən təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, İraq, Əfqanıstan, Gürcüstan və Tacikistandan təlimçilər də iştirak edir. Məqsəd minaların təmizlənməsi və zərərsizləşdirilməsi ilə bağlı yeni üsulların öyrənilməsidir.

Məlumat üçün bildirək ki, mina aksiyası üzrə idarəetmə sisteminin yeni növü bir çox inkişaf edən ölkələrdə tətbiq olunur. Sözügedən sistem daha geniş və yenilənən formadadır. Qeyd edək ki, təlimlər avqust ayının 31-dək davam edəcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə