Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq?

Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq?

İran Ermənistanın Təbriz şəhərində baş konsulluq açması təklifi ilə çıxış edib. Bunu Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan (Grigor Arakelyan ) jurnalistlərə Təbrizə səfəri zamanı deyib. Bu barədə İranın MEHR agentliyi məlumat verib.

Arakelyan deyib ki, Ermənistan hazırda bu məsələni araşdırır. Bəzi məsələlər həllini tapdıqdan sonra Ermənistanın Təbrizdə baş konsulluğu açılacaq. Erməni səfir əlavə edib ki, hazırda Ermənistanın bir çox ölkələrdə səfirlik və konsulluğu yoxdur. Bunun üçün də yeni səfirlik və konsulluqların açılması Ermənistan üçün proritet məsələdir.

Arakelyan həmçinin bildirib ki, Tehranda keçiriləcək Bitərəf Dövlətlər Hərəkatının saammitində Ermənistan prezidenti Serj Sərkisyan iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə