Mülayim hava şəraiti davam edir

Mülayim hava şəraiti davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın SİA-ya verdiyi məlumata görə, yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

"Bakıda və Abşeron yarımadasında şimal küləyi gündüz saatlarında mülayim cənub-qərb küləyilə əvəz olunacaq. Havanın temperaturunun gecə saatlarında 20-25 dərəcə isti, günüz saatlarında isə 29-34 dərəcə isti olacağı gözlənilir. Eləcədə bölgələrimizdə ayın 24-ü səhər saatlarından başlayaraq yağıntıların kəsiləcəyi ehtimal olunur".

Ayın 25-i və 26-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir.

G.Məmmədova Mərkəzi Aran rayonlarında temperaturun nisbətən yüksək olacağını bildirib: "Azərbaycanda Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 31-36 dərəcəyədək isti olacaq, dağlarda isə günorta saatlarında 23-38dərəcə isti təşkil edəcək. Dəniz suyunun temperaturu günüz saatlarında 26-27 dərəcə olacağı ehtimal olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə