“Biz də onlardan biri kimi ola bilərdikmi?” MÖVQE

“Biz də onlardan biri kimi ola bilərdikmi?” MÖVQE

Şəhidlər Xiyabanında Vətənimizi daha ürəkdən sevən, daha güclü, cəsarətli və qəhrəmanlığa dolu həyat yaşamış oğul və qızlarımız uyuyur. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Füzulinin işğalı günü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Vitse-spikerin sözlərinə görə, onların həyatı, fəaliyyəti, şücaəti bizlərə bir nümunədir: "Bİz onların əziz xatirəsi qarşısında baş əyərkən hər birimiz öz-özümüzə, daxilimizdə bir hesabat verməliyik ki, bizlər də onlardan biri kimi ola bilərdikmi? Əlbəttə, hər kəs buna öz bacardığı kimi cavab verir. Bu gün Azərbaycanın həyatı, inkişafı, əldə etdiyi uğurlar cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mütərəqqi, demokratik inkişaf etmiş bir cəmiyyətə çevrilməsi bir daha onu göstərir ki, Azərbaycan xalqının hər biri istər döyüş səhnələrinə istər adi həyatda belə bir addım atmağa qadirdir. Azərbaycanın bu gün ki, inkişafı həmin o insanların arzusuna bir cavabdır. Onlar ölkəmizi inkiaş etmiş, çiçəklənmiş bir şəkildə görmək və bu torpaqda rahat, azad nəfəs almaq istəyirdilər. Nə qədər Azərbaycan var xalqımız var bu insanların xatirəsi əziz tutulacaq. Və onların qoydiğu nümunə bizləri məsuliyyətə, şücaətə, qəhrəmanlığa, siyasət səhnəsində uğurlar əldə etməyə çağırır".

Bütün xəbərlər Facebook səhifəmizdə