Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycan türkdilli ölkələrin qardaş həmrəyliyini hiss edir. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov mətbuat konfransında deyib. Xəbəri KirTAQ agentliyi yayıb.
X.Xələfov bildirib ki, münaqişə regionun inkişafına və sabitliyin bərqərar olmasına maneə törədir: "Azərbaycan problemin sülh yolu ilə həllinə maksimum səy göstərir".
Nazir müavininin sözlərinə görə, hazırda Rusiya və ABŞ-ın vasitəçiliyi ilə münaqişənin həllinə çalışılır: "Lakin bu işin nəticəsi bizi qane etmir. Türkdilli dövlətlər həmrəylik göstərməli və bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir. Biz bu həmrəyliyi hiss edirik, qardaş ölkələr hərtərəfli dəstək göstərirlər. Xüsusilə Türkiyə böyük dəstək nümayiş etdirir".
X.Xələfov həmçinin bildirib ki, münaqişənin tənzimlənməsində səyləri artırmaq lazımdır: "Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyincə, münaqişə hec cür həll oluna bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB