Cari ilin 7 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin və onlardan zərər çəkənlərin sayı xeyli azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən xəbərə görə, istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə 152-dən 120-yə, bu hadisələr zamanı ölənlərin sayı 60-dan 43-ə, xəsarət alanların sayı isə 116-dan 97-yə enib.
Əməyin mühafizəsi sahəsində dövlət orqanlarının, həmkarlar ittifaqı təşkilatlarının və işəgötürənlərin birgə fəaliyyəti və səylərinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartiat) Sosial Şura yaradılıb. Şuranın iclaslarında əməyin mühafizəsi sahəsində mövcud vəziyyət dövrü olaraq müzakirə edilir, problemlərin həlli və nöqsanların aradan qaldırılması üzrə təkliflər verilir və birgə tədbirlər üəyyənləşdirilir. Dövlət Əmək Müfəttişliyi Xidməti Nazirliyin Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ilə birlikdə idarə və təşkilatlarda əməyin mühafizəsi üzrə çalışan mütəxəssislər üçün mütəmadi olaraq ixtisasartırma kursları təşkil edir. Kurslara cəlb edilən mütəxəssislərə əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübə öyrədilərək onlara müvafiq sertifikatlar verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB