Ötən gün saat 23:00 radələrində Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 88 yaşında vəfat edib. Biləsuvar rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəflətən halı pisləşən Qızqayıt Həsənovaya həkimlər yardım göstərə bilməyiblər.
Xatırladaq ki, Qızqayıt Salman qızı Həsənova 1924-cü ildə Biləsuvar rayonun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə 1947-ci ildə Lenin ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri vəzifəsində çalışıb.
O, 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. Uzun müddət qüsursuz fəaliyyətinə görə 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
Q.Həsənova V-VI çağırış SSRİ Ali Sovetinin, II-X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. Dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. 6 dəfə Lenin, 2 dəfə Oktyabr İnqilabı, 1 Qırmızı Əmək Bayrağı, 1 Xalqlar Dostluğu ordenləri, digər medal və dövlət mükafatları ilə təltif olunub. Məşhəd, Kərbəla və Həcc ziyarətlərinə gedib.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB