Fuad Muradov baş nazirə müraciət edəcək FOTO

Fuad Muradov baş nazirə müraciət edəcək FOTO

29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilən Fuad Muradov rayonun Arif İsmayılov küçəsinda yaşayan sakinlərlə görüşüb. SİA-nın məlumatına görə, sakinlərin şikayəti əsasında baş tutan görüşdə millət vəkilinə bildirilib ki, adıçəkilən ünvandakı evlər qəzalı vəziyyətdədir. Vəziyyətlə yerində tanış olan, millət vəkili həqiqətən də burada evlərin qəzalı vəziyyətdə olduğunun şahidi olub. Bundan sonra millət vəkili sakinlərin problemi ilə bağlı baş nazirə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, görüş zamanı Fuad Muradov sakinləri narahat edən digər məsələlərlə tanış olub və müvafiq müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə