TÜRKPA sammitdə iştirak edir

TÜRKPA-nın baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən ikinci zirvə görüşündə iştirak edir. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, sammit çərçivəsində TÜRKKON üzv ölkələri xarici işlər nazirlərinin, daha sonra dövlət başçılarının görüşü baş tutacaq.

Həmçinin TÜRKPA baş katibinin TÜRKPA-nın son bir illik fəaliyyəti ilə bağlı dövlət başçıları qarşısında məlumat verməsi nəzərdə tutulur.

Eyni zamanda, Ramil Həsənovun Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, TÜRKKON-un baş katibi Səfir, Halil Akıncı və TÜRKSOY-un baş katibi cənab Düsen Kaseynovla ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, səfərdə TÜRKPA baş katibini, baş katibin müavini Bektemir Ziyadinov və beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə