Yollar tam açıqdır

Ötən gecədən başalayan güclü yağışlar Lerik rayonunda müəyyən problemlərə yol açıb. Amma buna baxmayaraq Lənkəran-Lerik yolu tamamilə açılıb. SİA-nın xəbərinə görə, bunu Səstv-yə Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev bildirib.

Onun sözlərinə görə, bəzi yerlərdə uçqunlar olub: "Biz əsasəs yolun uçqunlardan, zir-zibildən təmizlənmə işlərini həyata keçiririk. Ən çox ziyan suötürücü borulara, kanallara dəyib. Bütün işçilər bütün sutka boyu işləyir. Hal-hazırda hava şəraitinin pis olmasına baxmayaraq yollar tam açıqdır. Bütün texniki vasitələr hazır vəziyyətdədir, gücləndirilmiş iş rejimi davam edir".

Qeyd edək ki, ötən gecədən güclü yağışlar respublikanın cənub bölgəsində problemlər yaradıb. İntensiv yağışlar dağ çaylarında suyun artmasına və daşqınlara səbəb olub. Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin qəza briqadasının və ağır texnikanın gördüyü tədbirlər nəticəsində nəqliyyatın hərəkəti bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə