"Qan Donorları Assosiasiyası" İctimai Birliyi, "İRƏLİ" İdman Mərkəzinin birgə təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün "Alfa Ekstrim - Yay Düşərgəsi" layihəsi həyata keçirilib. Birlikdən SİA-ya verilən məlumata görə, layihədə 60 nəfər gənc iştirak edib.
Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla baş tutub.
Düşərgə müddətində iştirakçılara ilk tibbi yardım, şəbəkələşmə, start-up layihələr, layihələrin idarə olunması və s. mövzularda təlimlər keçirilib.
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev gənclərə "Liderlik" mövzusunda təlim keçib. Rauf Mərdiyev qeyd edib ki, ən yaxşı liderlər idarəçilik sistemi quranlardır. Liderlər öz komanda üzvlərinə yaxşı işləmək və məqsədlərinə nail olmaq üçün nüfuz edirlər: "Lider öz işlərilə başqalarına nümunə olmalı, mütəmadi olaraq yeni bacarıqlar mənimsəmək üçün çalışmalıdır. Lider davamlı olaraq yeni bilik qazanmalı, özünə inamı artıra bilən təcrübə axtarmalı, bacarıqlarını inkişaf etdirməlidir". Rauf Mərdiyev bildirib ki, ən əsası isə lider səmimi insan olmalı və iş gedişatında səmimi mühit yaratmalıdır.
Qeyd edək ki, iştirakçılar Heydər Əliyev Mərkəzi, Şamaxı rəsədxanası və rayonun digər tarixi yerlərinə ekskursiya ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB