Ramazan ayı münasibəti ilə "İrəli" İctimai Birliyi "Venerdi" xeyriyyə klubunun, Azərbaycan Gənclərinin İnkişafı İctimai Birliyinin (AGİİB) təşkilatçılığı və "Vitamin" şirələrinin dəstəyi ilə 50-ə yaxın imkansız ailələrə yardım məqsədilə ərzaq bağlamaları paylanılıb. İctimai Birlikdən SİA-ya verilən məlmata görə,"İrəli" İB-i "Venerdi" klubunun rəhbəri Sevinc Əliyeva bildirib ki, "Venerdi" klub artıq uzun müddətdir bu kimi layihələrə imza atıb. Xeyir sevən insanların və bir çox şirkətlərin dəstəyi ilə neçə-neçə ailənin sevincinə səbəb olub.
AGİİB-in sədri İlkin Abdiyev də öz nöbəsində bildirib ki, "Burada əsas məqsəd imkansız ailələrə yardım və dəstək göstərilməsi və iş adamlarınn bu cür xeyriyyə tədbirlərinə cəlb edilməsi, islam dininin insansevərlik missiyasını praktik ənənəyə çevirmək təşəbbüsü olub. Bu cür xeyriyyə aksiyalarının gələcək illərdə də təşkil edilməsi nəzərdə tutulur."
Sonda Sevinc Əliyeva və İlkin Abdiyev "Vitamin" şirələrinə öz dəstəyini əksik etmədiyi üçün təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB