Avqustda Ermənistanda çörəyin qiyməti 10 faiz bahalaşıb. Redaksiyası Parisdə yerləşən "Nouvelles d`Arménie" saytının məlumatına görə, aztəminatlı ailələr bahalığı daha çox hiss edirlər. Bu kateqoriyadan olan insanların əsas qidasını çörək təşkil edir. Hazırda mağazalarda çörəyin qiyməti növündən asılı olaraq 25-45 sent arası dəyişir. Bahalaşmaya əsas səbəb kimi dünya bazarında dənli bitkilərin qiymətinin artması göstərilir. İllik taxıl ehtiyacı 650 min ton olan Ermənistan bu tələbatın 60 faizdən çoxunu idxal hesabına ödəyir.
Sayta müsahibə verən alıcılar çörəyin qiymətinin artması ilə yanaşı, çəkisinin də azaldığını bildiriblər. Bir alıcı isə artıq Ermənistanda əhalinin vəziyyətinin dözülməz olduğunu vurğulayıb. İstehlakçılar Birliyinin rəhbəri Armen Poqosyan artımı əsasən daxili faktorlarla əlaqələndirib. Onun fikrincə, hökumət qiymət artımının qarşısını almaq üçün tədbir görməlidir. Əks halda kasıb təbəqənin vəziyyəti daha dözülməz olacaq.
Ekspertlər hesab edirlər ki, çörəyin bahalaşması inflyasiyanı da sürətləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB