Bu gün şairlərə hökm oxunacaq

Üç aydan artıq İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə bu gün hökm oxunacağı gözlənilir. Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə ans-ə bildirib ki, məhkəmənin ədalətli qərar verəcəyinə ümid edirlər.

"Məhkəmə şəffaf keçdi. Uşaqlar günahsız olduqlarını sübut etdilər, məhkəmə isə cavabla qane oldu. İran məhkəməsinin ədalətinə inanıram. İnşallah, hər şey yaxşı olacaq",- deyə Mayıl Hacızadə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə