Suriya erməniləri işğal altındakı Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər. "EurasiaNet" saytının verdiyi məlumata görə, bir qədər əvvəl Ermənistan vətəndaş müharibəsi ilə əlaqədar Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi təklifini irəli sürmüşdü. Bu təklif Azərbaycanda etirazla qarşılanmışdı.
Separatçı Dağlıq Qarabağ rejminin "rəsmi nümayəndəsi" David Babayan bildirib ki, onların təkliflərinə baxmayaraq heç bir suriyalı Qarabağda məskunlaşmaq istəməyib: "Lakin müraciət olarsa, biz yenə də Suriyadan olan həmvətənlərimizi yerləşdirmək üçün istənilən köməyi göstərməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB