Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri Ramazan bayramı münasibətilə məcburi köçkünlərə ərzaq paylayıb. Dövlət başçısının fərmanı və Nazirlər Kabinetinin sərəncamına əsasən Ramazan bayramı münasibətiylə 29 222 nəfər məcburi köçkünə bayram sovqatı verilməsi nəzərdə tutulub. Qeyd edək ki, bundan öncə Sumqayıt və Füzuli rayonlarında məcburi köçkünlərə sovqat paylanıb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamda 10 522, Tərtərdə isə 13 000 nəfər məcburi köçkünə un, qarğıdalı yağı, şəkər tozu, çay, düyü və digər ərzaq məhsulları paylanıb.
Bayram sovqatı alan məcburi köçkünlər bu layihədən razı qaldıqlarını bildiriblər. Onlar ümid edirlər ki, Ali Baş Komandanın yürütdüyü uğurlu siyasət nəticəsində gələn Ramazan bayramını işğaldan azad olacaq torpaqlarda qeyd edəcəklər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB