Bakı şəhərində yeni məscid kompleksi tikiləcək. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, bununla bağlı dövlət başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etməlidir.
Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə digər məsələləri həll etmək tapşırığı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB