Quba rayonunda on bir ayın sultanı, aylar arasında ən fəzilətli və üstün, Qurani Kərimdə adı çəkilən Ramazan ayı sona çatdı. Azərbaycan müsəlmanları Allahın buyurduğu vacibatlardan birini - Ramazanda oruc tutaraq Uca Yaradana ibadət etməyi uğurla başa çatdırdılar və səhər saatlarında bu sevinci Quba rayon məscidlərində din qardaşları ilə birgə namazda ifadə ediblər.
Səhər saatlarında Quba rayonundan olanlar hər bir inanclı vətəndaşımız havaların isti keçməsinə baxmayaraq günün təxminən 16-17 saatını nəfslərini boğub oruc tutmaqla bu Mübarək ayın bərəkətindən və əzəmətindən bacardıqları qədər yararlandılar.
Qeyd edək ki, Ramazan Qurani-Kərimdə xatırlanır və Allah bu ayı ona görə əzəmətli ay kimi təqdim edir ki, məhz bu ayda bütün səmavi kitablar, o cümlədən Allahın sonuncu kitabı - Quran nazil olub.
İlahiyyatçı alimlərin düşüncələrinə görə, Ramazan ayı gündəlik qayğılardan bir az uzaqlaşmaq və Yaradana yönəlmək üçün insanlara münbit şərait yaradır. Ramazan ayı bizə Allahın yaratdığı məqsədlər haqda düşünməyə şans verir. Nəticə etibarı ilə, bu Mübarək ay düşüncə, ibadət və itaət ayıdır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB