Ağdam rayonu sovet dönəmində Azərbaycanın şərab istehsal edən bölgələrindən biri olub. İşğaldan əvvəl Ağdamda 17 şərab zavodu, 50 min hektar üzüm bağı var idi. Lakin Ağdamın işğalı nəticəsində bu zavodların hamısı ermənilər tərəfindən tamamilə məhv edildi.
Rayonun işğal edilməyən ərazilərində bir neçə hektar üzüm bağları qaldı. Bu sahəyə maraq tamamilə azaldı və bağların yerini taxıl zəmiləri tutdu. Son bir neçə ildə rayonda bu sahəyə maraq artaraq, əhali tərəfindən yeni üzüm bağları salındı.
Qeyd edək ki, Ağdamda üzümçülüyün inkişafı ilə bağlı ölkə prezidenti sərancam verdi. SİA-nın Qarabağ bölgəsinə Ağdam rayon icra hakimiyyətindən verilən məlumata görə, rayonda 300 hektardan çox üzüm bağları salınaraq, şitilçilik təsərrüfatları yaradılıb.
Qeyd edək ki, rayonda müxtəlif sort üzüm yetişdirilir. Ən çox yerli üzüm sortu yetişdirilərək Rəşibaba, Ağadayı ,Qara kişmişi və Quş ürəyi üzümlərə daha çox təlabat var.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB