Azərbaycanda avqustun 18-i axşam bayram axşamı, 19-u isə Ramazan bayramıdır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.
Onun sözlərinə görə, bayram namazı ayın 19-da saat 09:00 radələrində "Təzə Pir" və digər məscidlərdə qılınacaq.
Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Müsəlmanlar tərəfindən isə müqəddəs Ramazan ayı Hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb.
Ramazan bayramı Qəməri ayın başlanğıcı və sonu Hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən Hilal ayın bitməsini və digər ayın başlamasını xəbər verir. Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir.
Dadaşova bildirib ki, bayramla əlaqədar bu gün insanların evlərdən fitrə çıxarması tövsiyə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB