Dünən Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov iftar süfrəsi açıb. SİA-nın məlumatına görə, rayonun Qobustan qəsəbəsində açılan iftar süfrəsində rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 100-ə yaxın şəxsin iştirak etdiyi mərasimdə əvvəlcə dualar oxunub.
Daha sonra rayon ağsaqqalarının da iştirak etdiyi mərasimdə İslam dəyərlərinin qorunub saxlanılmasından söhbət açılıb. Bildirilib ki, bu gün Azərbaycanda dini tolerantlıq mövcuddur və dövlət rəhbəri Cənab İlham Əliyevin başçılığı altında ölkəmizdə həyata keçirilən uğurlu islahatlar hər bir azərbaycanlının gələcəyinin qarantıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB