"Avropa Gənclər Parlamenti – Azərbaycan" İctimai Birliyinin İdarə heyəti ilk böyük tədbirin hazırlıqlarına davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, 2012-ci il 10-14 sentyabr tarixlərində Bakıda keçiriləcək Birliyin I Milli Seçki Konfransı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Gənclər Parlamenti tərəfindən dəstəklənir. Belə ki, Birliyin təqdim etdiyi layihə Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin qaliblərindən biri olub.
Konfransın əsas mövzusu "Avropaya inteqrasiyanın bir hissəsi ol"dur. Konfrans artıq bir çox azərbaycanlı və xarici gəncin marağına səbəb olub. 100-dən artıq gənc tədbirdə iştirak üçün müraciət edib. Onlardan 55-i iştirak etmək şansı qazanıb. Bununla da hazırlıqların birinci mərhələsi başa çatıb. Növbəti mərhələ iştirakçıların konfransa hazırlanmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB