Bu gün Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 93-cü ildönümü münasibətilə sərhədçilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın xəbərinə görə, DSX-nin rəisi, general-leytenant Elçin Quliyevin rəhbərliyi ilə xidmətin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanındakı abidəyə əklil qoyublar. Daha sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev jurnalistlərə müsahibəsində Azərbaycan Sərhəd Mühafizəsinin yarandığı bir gündə Dahi öndər Heydər Əliyevi yad etmək, onun ruhu qarşısında dərin hörmət və ehtiramımızı bildirmək, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsinin böyük bir şərəf olduğunu deyib:
"Artıq bu bir ənənədir. Düşünürəm ki, bu da Azərbaycanda dövlətçiliyimizə xidmət edən ən gözəl ənənələrdən biridir. Çünki bu bizim tariximizdir və bu elə bir tarixdir ki, ondan nəticələr çıxarılmalıdır. Bununla da gələcəkdə elə bir işlər görülməlidir ki, o Azərbaycanın zəfər tarixini yaxınlaşdırsın".
Qeyd edək ki,18 avqust 1919-cu ildə Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib. 16 avqust 2000-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB