Bu günün tarixi, tarixin bu günü

E.ə.293-cü ildə Venera ilahəsi şərəfinə Romada ən qədim məbəd inşa olunub

1227-ci ildə moğol imperatoru Çingiz xan vəfat edib

1868-ci ildə fransız astronomu Pyer Jansen Günəş spektrində yeni elementi - heliumu kəşf edib

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edilib

1939-cu ildə Azərbaycan Xalq artisti, aktyor Hacımurad Yagizarov anadan olub

1950-ci ildə fransız yazıçısı Onore de Balzak vəfat edib

1991-ci ildə dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfər vəfat edib

1993 - BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbayvanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu. Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...