ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında bu gün iftar süfrəsi açılıb. İftar süfrəsində çıxış edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, bu, səfirliyin hər il keçirdiyi tədbirlər arasında ən çox sevdiyi tədbirdir.
"Mərasim ləziz yeməklərdən və dəyərli həmsöhbətlərdən zövq almaq imkanı verir. Bu mərasim həm də ortaq dəyərlərimizi qeyd etmək və Azərbaycanda dini tolerantlıq və hörməti qiymətləndirmək imkanı verir. Müsəlmanlar, xristianlar və yahudilər əsrlər boyu Azərbaycanda yanaşı yaşayıblar. Onlar din, irq və etiqadından asılı olmayaraq qonaqlara öz qonaqpərvərliklərini göstəriblər", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB