TDTB-nin Azərbaycan üzrə yeni koordinatoru seçilib

Türk Dünyası Tələbə Birliyinin Azərbaycan Respublikası Kordinatorluğuna Şimali Kipr Yakın Doğu Universiteti Beynəlxalq əlaqələr məzunu Əbülfəz Şeydabəyov seçilib.

Türk Dünyası Universitetləri Tələbə Şuraları Sədrlər toplantısı ilk dəfə 27-28 Fevral 2009-cu il tarixində Qırgızıstanın paytaxtı Bişkek şəhərindəki Türkiyyə Manas Universitetində təşkil edilib. Toplantı Türkiyyə Cümhuriyyətindən Yükseköğretim Kurumları Milli Tələbə Şurası İdarə Heyətinin federasiyasına daxil olan iyirmi dörd universitetin şura sədrləri, Qırgızıstan Respubliksından səkkiz universitetin Tələbə Şura sədrləri, Qazaxıstan Respublikasından Hoca Ahmet Yesevi Beynəlxalq Türk – Qazax Universitetinin Tələbə Şurasının sədri və sədr müavininin iştirakı ilə təşkil edilib.

Qeyd etdiyimiz bu görüşdə Türk Dünyası Universitetləri ilə Koordinasiya Şurası və İdarə Heyəti yaradılıb və vahid katiblik təşkil olunub.

Yaradılan vahid katiblik indiki Türk Dünyası Tələbə Dərnəyi yolunda atılan ilk addım olub. Məqsədi ortaq tarix, mədəniyyət ve kök bağları kimi bir-birinə bağlı olan Türk respublikalarının və qohum xalqların gənclərini tarixlərindəki aydınlıq işığın yol göstəriciliyi ilə tək hədəf altında birləşdirməkdir. Eyni zamanda türkdilli respublikalar və türkdilli muxtar respublikalarda yaşayan gənclərimizin birliyini, ortaq anlayışlarını və işbirliklərini inkişaf etdirmələrində vasitəçilik etmək, köməklik göstərməkdir. Milli və mənəvi dəyərlərimizə, tarixi ve kimlik şüurumuza sahib çıxmaq, keçmişimizdən aldığımız üstün mədəniyyət mirasımızı gələcəyin ən yüksək zirvəsinə daşımaqdır.

Türk Dünyası Tələbə Birliyinin Türkdilli respublikaların və muxtar vilayətlərdən olan dövlət rəsmilərinin, yerli mediaların və ən fəal gənclər təşkilatlarının qatılımı ilə üç mühüm görüşü olub. Bunlardan I görüş Qırğızıstan Respublikasında (2010), II görüş Qazaxıstan Respublikasında, III görüş Türkiyyə Cümhuriyyətində (2012) təşkil olunub.

Birliyin mərkəz qərargahları Bişkek və Ankara şəhərlərində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə