2005-ci ildən Azərbaycanın təbliği İngiltərədə yüksək səviyyədə aparılır. Bunu SİA-ya açıqlamasında İngiltərədəki Azərbyacan cəmiyyətinin sədri Sevil Aslanova deyib. O bildirib ki, orada ingilis və digər millətlərlə birgə Azəbaycan həqiqətləri təbliğ edilir və həqiqətləri dünyaya yaymağa çalışılır. Onun sözlərinə görə, yaxın gələcək planımızda Kraliça II Yelizabeta ilə görüş də nəzərdə tutulub: "Ona məktub yazmışıq. Azərbaycandan 10-12 yaşlı uşaqların onunla görüşünü təşkil etmək istəyirik".
16 ildir Hollandiyada yaşayan diaspor nümayəndəsi Firəngiz Bağırov İdeal Sülhün Təbliği Fondu ilə birgə layihələr keçirəcək: "Məktəbli uşaqların Azərbaycandan Hollandiyaya və ya əksinə olaraq göndəriləcək. Əsas işimiz Azərbaycanı digər ölkələrdə tanıtmaqdır. Bu istiqamətdə əlimizdən gələni edir və gələcəkdə bunu davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB