Artıq 3-cü gündür

Xəbər verdiyimiz kimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və "Gənclərin Töhfəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Masallı rayonunda "Gənclər hər an Ali Baş Komandanın Əmrinə Hazırdır" adlı hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub. SİA-nın məlumatına görə, bu gün artıq düşərgənin üçüncü günü keçirilir.

Məlumat üçün bildirək ki, günün proqramına uyğun olaraq nərd, voleybol, şahmat və futbol yarışları baş tutacaq.

Qeyd edək ki, artıq 3-cü ildir təşkil edilən düşərgə gənclərin vətənpərlik ruhunda yetişməsinə, hər an ali baş komandanın əmrinə hazır olduğunu bir daha təstiq etdiklərinə istiqamətləndirilib. Gənclər layihə çərçivəsində rayonun bir neçə görməli yerlərində olub, Masallı rayon Olimpiya Mərkəzinə də baş çəkiblər. Düşərgəyə Avqustun 19-da yekun vurulacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə