Torpaqların suvarılmasına nəzarət güclənib

Torpaqların suvarılmasına nəzarət güclənib

Havaların isti keçməsi ilə sahələrin suvarılması da öz aktuallığını qoruyur. Ən iri aqrar rayonlardan olan Samuxda bu istiqamətdə lazımı tədbirlər davam etdirilir. Təxminən 400-dən artıq subartezian quyuları əhalinin məhsullarının vaxtında suvarılmasına yönəldilib. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, rayonda 22 min 880 ha artıq əkin sahələrinin suvarılması vaxtında təmin edilir.

Samuxda su nasos stansiyalarının yenilənməsi işi də aparılır. Sovet dönəmindən qalan texnikalar hazırda daha müasirləri ilə əvəzlənir. Artıq işin 90% faizi yerinə yetirilib.

Məlumat üçün bildirək ki, hazırda Samuxda taxıl və yonca bitkilərinin biçini başa çatdığından günəbaxan məhsullarının suvarılması aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə