Misirin səfiri Prezidentin qəbulunda olub

Misirin səfiri Prezidentin qəbulunda olub

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 17-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı səfir Saber Mansurun Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirib. Prezident İlham Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Saber Mansur Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını deyib. Diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan misirli səfir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə