Neftçilər prospektində işlər 1 ay çəkəcək

Pünhan Mürsəlov: “Azneft ərazisindən Muzey mərkəzinə qədər olan hissə 950 metr olacaq”
Neftçilər prospektində işlər 1 ay çəkəcək

Paytaxt Bakıda əsaslı təmir işləri "Dalğa Plaza" otelinin qarşısından Yusif Səfərov küçəsinə qədər olan ərazidə aparılır. Yolun keçdiyi ərazidə çoxlu sayda mühəndis-kommunikasiya qurğuları olduğu üçün ilkin mərhələdə həmin kommunikasiya qurğularının dəyişdirilməsi mərhələsinə başlanılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, işlərin daha sürətli aparılması üçün eyni zamanda da digər yerlərdə işlərə start verilib: "Birinci mərhələ üzrə Rəsul Rza küçəsindən, Azadlıq prospektinə qədər olan hissədə işlər başlanılıb. Bura təxminən 860 metr məsafəni əhatə edir. Qeyd edim ki, artıq kommunikasiyaların, dəmir-beton piltələrinin qapaqları dəyişdirilib və adı çəkilən əraziyə üç qat asfalt beton örtüyü döşənib. Dünən saat 12:00-dan etibarən Rəsul Rza küçəsindən (Muzey mərkəzindən) Azneft dairəsinə qədər olan ərazidə hərəkət dayandırılıb".

P.Mürsəliyev deyib ki, ərazi Azneft ərazisindən Muzey mərkəzinə qədər olan hissəni əhatə edir ki, bu da 950 metr olacaq: "Bu hissədə hal- hazırda Frez maşını vasitəsi ilə köhnə asfalt-beton örtüyünün qaşınması işləri eyni zamanda kommunikasiya xəttləri üçün qazılmış xəndəklərin doldurulması istqamətində işlər gedir. Bundan sonra yeni asfalt-beton örtüyünün vurulması işləri davam etdiriləcək. Təxminən "Dalğa-Plaza"nın qarşısından Muzey mərkəzinə, Azadlıq prospektinə qədər olan hissə sentyabrın 15-dək hazır olacaq. Qalan hissə isə Azadlıq prospektindən Yusif Səfərov küçəsinə qədər olan yerdə sentyabrın sonunadək tamamlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə