"Təşəbbüs" Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Şahdağ" Ekoturizm Məktəbi layihəsinin hazırlıq mərhələsinə start verdi. SİA-nın məlumatına görə, bu mərhələdə Ekoturizm Məktəbinin işçi qrupu formalaşdırılaraq, onun iştirakı ilə layihənin fəaliyyət planı müəyyənləşdiriləcək. Bu müddət ərzində təbliğat materiallarının hazırlanması, ekspertlərin cəlb olunması və Ekoturizm Məktəbinin iştirakçılarının seçimi həyata keçiriləcək.
"Şahdağ" Ekoturizm Məktəbi layihəsinin əsas hissəsi 6 günlük interaktiv təlim kursu formatında olacaq. 80 nəfər seçilmiş iştirakçı bu müddət ərzində Azərbaycanın bölgələrindən birində xüsusi dəvət olunmuş peşəkar ekspert və təlimçilər tərəfindən müəyyən biliklərə yiyələnəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB