Ahıllar sevinəcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 avqust, 2012-ci il tarixində saat 13.00-da Bakının Qaradağ rayonunda xeyriyyə aksiyası həyata keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, Müqəddəs Ramazan Bayramına həsr olunan aksiyada həmin rayonda yaşayan 20 nəfər kimsəsiz ahıla bayram sovqatları paylanacaq.

Bayram aksiyası çərçivəsində AR Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə ahıllara təmənnasız tibbi xidmət göstəriləcək.

Qeyd edək ki, bayram aksiyasına "Azersun Holding" MMC, "Pak Dad" və "AZZA" şirkəti dəstək verir.

AGAT Azərbaycan xalqının qarşıdan gələn Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, niyyətlərinin hasil olmasını arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə