Hərbi ekspertimiz vəfat edib

Azərbaycanın hərbi eksperti, ehtiyyatda olan polkovnik İldırım Məmmədov vəfat edib. SİA-nın xəbərinə görə, mərhumun 61 yaşında bu gecə ürək tutmasından dünyasınının dəyişdiyi bildirilir. İ.Məmmədov bu gün Tərtərin Qapanlı kəndində dəfn olunacaq.

İldırım Teymur oğlu Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib. 1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. 4 alayda komandir müavini olub. 1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi. Mərhumun 6 uşağı var.

Bütün xəbərlər Facebook səhifəmizdə