Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi syatına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb, ev əşyaları 5 kv.m sahədə, həyətdə olan "Mercedes" markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı - 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu - 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Hadisə nəticəsində ölmüş ev sahibi - 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları - 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB