“XXI əsrin liderləri” FOTO

Rusiya Federasiyasının Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan "XXI əsrin liderləri" yay düşərgəsi yekunlaşıb. İctimai Birlikdən SİA-ya verilən məlumat görə, layihənin tərəfdaşı olaraq düşərgədə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil olunub.

Düşərgə müddətində MDB ölkələrinin gənc liderləri bir araya gələrək, "Liderlik", "Gənclər siyasəti", "Tələbə idarəetmə orqanları" mövzularında təlim və seminarlarda iştirak ediblər.

Səfər müddətində "İRƏLİ" İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov Rusiya Gənclər İttifaqının sədri Pavel Krasnarudski, ittifaqın Beynəlxalq əlaqələr üzrə departament rəhbəri Nikita Smirnov ilə görüşüb.

Görüşdə iki təşkilat arasında əlaqələrin genişləndirilməsi, birgə əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda Rusiya İctimai Palatasının nümayəndəsi Aleksandr Sakalov və yeni yaranmış "Birlik" Beynəlxalq Gənclər İctimai Birliyinin icraçı direktoru Məhəmməd Əliyevlə də görüş keçirilib.

Səfərin sonunda Azərbaycan nümayəndə heyəti Taqanroq şəhərində yerləşən II Dünya Müharibəsində 416-cı diviziyası, Azərbaycanlı döyüşçülərə həsr olunmuş abidəni ziyarət ediblər.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə