İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən monitorinqlər zamanı Bakının Nizami, Xəzər, Nərimanov rayonlarında, eləcə də Ağcabədi, Sumqayıt, Sabirabad, Şəmkir, Masallı, Xaçmaz, Goranboy, Ağstafa, Mingəçevirdə saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Ümumilikdə, monitorinqlər zamanı 630 kiloqramdan çox yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB