Bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün növbəti pulsuz atraksion aksiyası keçirilir. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. Onun sözlərinə görə, yaşı 15-ə qədər olan uşaqlara səhər saat 09:00-dan 13:00-dək bulvardakı atraksionlardan pulsuz istifadə haqqı veriləcək: "Atraksionlardan istifadə biletlərlə olacaq. Hər bir kassada valideynlərə biletlər paylanılacaq ki, bu da uşaqlara hər atraksiondan istifadə haqqı verib".
Qeyd edək ki, ilk dəfə iyunun 1-də, Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günündə keçirilən aksiya zamanı valideynlər və balaca uşaqlar arasında xoşagəlməz hallar yaşanıb, nizamsız növbələr yaranmışdı. Eyni atraksiondan bir uşaq bir neçə dəfə istifadə etdiyindən bir çoxları kənarda qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB