Gənclər dövlət orqanlarının nümayəndələri ilə görüşüb

Gənclər dövlət orqanlarının nümayəndələri ilə görüşüb

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Masallı rayonunda baş tutan "Gənclər hər an Ali Baş Komandanın əmrinə hazırdır" adlı hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları rayonun dövlət qurumlarının nümayəndələri ilə görüş keçiriblər. SİA-nın məlumatına görə, layihə çərçivəsində Masallı rayonu Gənclər və İdman Baş İdarəsinin rəisi Camal Manafov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi kapitan Musa Nağıyev və digər nümayəndələr düşərgənin qonağı olub.

Məlumat üçün bildirək ki, görüşdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Samir Kazımov hazırda Azərbaycanda gənclərin inkişafına güclü dövlət dəstəyinin olduğunu ifadə edib. Onun sözlərinə görə, ənənə halını almış bu layihə artıq 3 ildir ki, keçirilir. İlk düşərgə 2010-cu ildə Şəkidə, 2011-ci ildə Qusarda, bu il isə Masallıda baş tutur.

"Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrində olduğu kimi Masallıya da qayğısını əsirgəmir. Artıq bu il rayonda Olimpiya Kompleksi tikilərək istifadəyə verilib. Masallı yeganə rayondur ki, burada ikinci olimpiya kompleksinin tikintisinə başlanılıb. Həmçinin, rayonda boks və güləş məktəbləri tikilir". Bu sözləri Masalı rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Camal Manafov düşərgə iştirakçıları ikə görüş zamanı səsləndirib. Onun sözlərinə görə, cənub rayonlarında qızların idmana cəlb olunmasının çətin olmasına baxmayaraq Tahirli Türkanə Avropa 3-cüsü olub. Taekvondo üzrə qadın idmançılarımız avropa və dünya çempionatlarında uğurla çıxış edir. Camal Manafovun dediyinə görə, rayonda qızlar futbola cəlb olunur. Avqustun 29-da isə, Masallı rayon Olimpiya Kompleksində FİFA və AFFA-nın birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi kapitan Musa Nağıyev son 5 ildə rayonda gənclərin hərbidən yayınması hallarının azaldığını bildirib. Masallıda 3 Milli Qəhrəmanın, 2 Azərbaycan Bayrağı Ordeni və 226 şəhidi olduğunu deyən Musa Nağıyev hazırda gənclərin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün "Şahin", "Cəsurlar" hərbi-idman oyunlarının keçirildiyini vurğulayıb. Dövlət Xidmətinin nümayəndəsi 2012-ci ildə rekord səviyyədə gəncin hərbi yollandığını ifadə (395) edib.

Daha sonra isə, nümayəndələr düşərgə iştirakçılarının maraqlandıran sualları cavablandırıb.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə