Sərhədlərimiz müasirləşir YENİLƏNİB

Sərhədlərimiz müasirləşir YENİLƏNİB

Cənub sərhədlərimizdə sovet dövründə tikilmiş sərhəd məntəqələri yenidən qurularaq əsaslı şəkildə təmir edilir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində fəaliyyət göstərən Böyük Bəhmənli, Bala Bəhmənli, Əmirzeyitili, 2 Şahsevən və Xalac Sərhəd zastavaları əsaslı şəkildə yenidən qurularaq müasir simaya qovuşub. Sərhəd zastavalarının acılış mərasimində Sərhəd Qoşunlarının komandanlığının şəxsi heyət üzrə müavini, genral-mayor Məhəmməd Abbasquluyevdə iştirak edib.

Beyləqan və Füzuli rayonları yeni istifadəyə verilən sərhəd zastavalarında sərhədçilər üçün yüksək səviyyəli döyüş şəraiti yaradılıb. Zastavaların hər birində əsgərlər üçün bütün lazımi məişət şəraiti olan yeməkxana, yataqxana, istirahət təlim və digər xüsusi təyinatlı otaqlar idman şəhərciyi silah anbarı yenidən qurularaq ən müasir avadanlıqla təmin edilib.

Zastavalarda xidmət edən zabit və gizirlərin mənzil şəraiti yaxşılaşdırılaraq Böyük Bəhmənli və Xalac sərhəd zastavalarında iki mərtəbəli yaşayış binaları tikilib. Mənzillər hər cür şəraitlə təmin edilərək lazımi məişət avadanlıqları ilə təchiz edilib.

Qeyd edək ki, Zastavaların həyətinə yeni asfalt örtüyü çəkilərək abadlıq və yaşıllaşdırma işləri aparılıb

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə