Bərdədə standartlara cavab verməyən limonad və çörək sexləri bağlanıb. SİA-nın xəbərinə görə, aparılan araşdırmalardan məlum olub ki, hər iki sexdə anti-sanitariya baş alıb gedir. Standartlaşdırma, Patent və Meteorologiya üzrə Dövlət Komitəsinin əməkdaşları Bərdə şəhəri Koroğlu küçəsi 68 ünvanında fəaliyyət göstərən fiziki şəxs Sədiyev Ehtirama məxsus limonad sexində yoxlama keçirib.
Yoxlama zamanı məlum olub ki, limonad sexində heç bir ekoloji qaydalara, qoyulmuş standartlara və təmizliyə riayət olunmur. Sexdə gigiyena qaydalarına əməl olunmur və anti-sanitariya hökm sürür. Bundan əlavə, limonadların üzərinə gürcü dilində yazılmış saxta etiketlər də yapışdırılır ki, bununla da əhali aldadılır. Faktla bağlı İnzibati Xətalar Məcəllsəinin müvafiq bəndinə uyğun protokol tərtib edilərək sahibkara təqdim olunub. Göstərilən nöqsanlar aradan qaldırılana qədər sexin fəaliyyəti tamamilə dayandırılıb.
Daha bir yoxlama Bərdə şəhəri Heydər Əliyev prospektində Fərəcov Tapdığa məxsus çörək sexində aparılıb. Araşdırma nəticəsində məlum olub ki bu sexdə də limonad sexində olduğu kimi heç bir gigiyena qaydalarına əməl olunmur. Anti-sanitariya baş alıb gedir. Xəmir hazırlanan qablar, eləcə də çörək bişirilən qablar çirkab içərisindədir. Çəki tərəziləri də düzgün işləmir. Çörəyin keyfiyyəti kimi çəkisində də əhalini aldadırlar.
Çörək sexinin sahibinə də İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olan protokol təqdim edilib. Çörək sexinin fəaliyyəti göstərilən nöqsanlar aradan qaldırılana qədər dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB