Dmitri Roqozin Ulu Öndərin məzarını ziyarət edib

Dmitri Roqozin Ulu Öndərin məzarını ziyarət edib

Bu gün Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin Azərbaycana işgüzar səfəri çərçivəsində Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

Dmitri Roqozin səfər çərçivəsində, həmçinin Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının arxiyepiskopu Aleksandr ilə görüşüb. Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dövlət Bayrağı Meydanı ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə