İsrailin Azərbaycandakı səfirinin missiyası bitdi

İsrailin Azərbaycandakı səfirinin missiyası bitdi

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Mixael Lavon-Lotemin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin müxtəlif sahələri əhatə etdiyi bildirilib.

Əməkdaşlığımızın səviyyəsinin məmnunluq doğurduğu qeyd edilib və bu əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Dövlət başçısı Mixael Lavon-Lotemə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə