Bir çoxlarımızın, əsasən də gənclərimizin istifadə etdiyi "Energetiklər"-in 3-4 saat davam edən xeyrindən çox ziyanları var. Energetiklərdən davamlı istifadə etdikdə insanlarda asılılıq halı yaranır. Bəs bu asılılığı yaradan nədir? Bu kimi içkilərin tərkibində su, saxaroza, qlükoza, karbon dioksid, taurin, aromatlar, boya maddələri və ən önəmlisi kofein maddəsi var. Elə bizə enerji verib asılılıq yaradan da məhz bu kofein maddəsidir. Apardığımız araşdırma göstərdi ki, bir çox istehlakçı energetik içki bankalarının üzərində yazılan: "Hamilə qadınlara, uşaqlara, ürək xəstəliyi olan və kofein maddəsinə həssas insanlara energetiklərdən istifadə etmək olmaz"- yazısından xəbərsizdir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov energetik içkilərin bütün ölkələrdə istehlakçı hüqüqlarını qoruyan təşkilatların siyahısında mənfi qiymətləndirdiyini bildirdi: "Energetik içkiləri həm insanlara enerji verir, həm də sərinlik gətirir. Lakin fizika elmi sübut edir ki, bədəndən enerji ayrıldıqda insan sərinləyə bilər. Deməli bu içkilər bədəndən enerjinin ayrılmasına xidmət edir".
E.Hüseynov energetik içkiləri içdikdən sonra gümrahlıq hissinin və asılılığın yarandığını da qeyd etdi: "Bu kimi içkiləri qəbul etdikdən sonra insanların özünü gümrah hiss etməsinin səbəbi energetiklərin tərkibində kofein adlanan maddənin olmasıdır. Bu maddə həm bədəndən enerjini çıxarır, həm də asılılıq yaradır. Bundan əlavə bu məhsullar orqanizmdə təbii proseslərin getməsinə mane olur".
Statistika göstərir ki, 60% insan energetik içkilərdən intensiv istifadə edir. Lakin bilmək lazımdır ki, kofeinin sutkalıq dozasını aşmaq məsləhət deyil. 2 bankadan artıq energetik qəbul etdikdə artıq əks təsir etməyə başlayır. Orqanizmin bütün resursları istifadə edilmiş olur. Energetiklərin təsiri bitdikdən sonra orqanizm istirahət etməlidir ki, itirdiyi resursları geri qazansın. Bu kimi içkiləri idman etdikdən sonra da içmək məsləhət deyil, çünki təzyiqi qaldıra bilər. Nəticədə damarlarınız tab gətirməyə bilər. Ölümcül doza- 10 qram kofeindir ki, bu da 150 banka içki edir. Sağlam yaşamaq üçün bilməliyik ki, enerji içkilərini içməklə insan özü-özünü aldadır. Onlar həqiqətən insanı gümrah edir, lakin bu süni gümrahlıqdır. Yox əgər onları içməyi sevirsinizsə, onda heç olmasa içdiyiniz içkinin tərkibi və təsirindən xəbəriniz olsun!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB