Ramazan bayramı ərəfəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Şəhidlər Xiyabanını ziyarət edib. İcra Aparatının rəhbəri ilə yanaşı şəhid ailələri və bir sıra rəsmilər də vətənimizin bütövlüyü uğrunda dünyasını dəyişən həmvətənlərimizin məzarını ziyarət edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhidlərin qəbirlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Elmar Vəliyev şəhid ailələri ilə söhbəti zamanı onların problemləri, yaşam tərzləri ilə maraqlanıb. O bildirib ki, bu gün sözügedən kateqoriyadan olan vətəndaşlarımıza daima dövlət tərəfindən diqqət və qayğı göstərilir. Məqsəd gənc nəslin vətənpərvər ruhda böyüməsinə nail olmaq və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın heç zaman unudulmadığını nümayiş etdirməkdir.
Şəhər rəhbəri Şəhidlər Xiyabanında aparılan abadlıq işlərinin gedişi ilə də maraqlanıb, bəzi tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, uzun illərdən sonra Gəncənin Şəhidlər Xiyabanında əsaslı abadlıq işləri aparılır. Şəhidlərin məzarları eyni qayda ilə yenidən götürülüb. Əbədi məşəl kompleksinin tikintisi isə davam edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB